17:14
29 05 2025

Tavuk Fajita hazırlanması

 Tavuk Fajita Resepti


 Ərzaqlar:


  • 500 qram toyuq filesi (uzunsov doğranmış)

  • 1 ədəd qırmızı bibər

  • 1 ədəd yaşıl bibər

  • 1 ədəd sarı bibər (əgər varsa)

  • 1 böyük soğan

  • 2 xörək qaşığı zeytun yağı

  • 1 çay qaşığı duz

  • 1 çay qaşığı qara istiot

  • 1 çay qaşığı paprika (qırmızı şirin bibər tozu)

  • 1/2 çay qaşığı kimyon (istəyə görə)

  • 1 diş sarımsaq (əzilmiş)



 Marinad üçün (istəyə görə):

  • 1 xörək qaşığı qatıq

  • 1 xörək qaşığı limon suyu

  • 1 çay qaşığı acı sous və ya pul bibər



 Hazırlanması:



  1. Toyuğu doğra – Uzunsov (julien) formada.

  2. Marinad et (istəsən) – Toyuğu qatıq, limon suyu və ədviyyatlarla qarışdır, 15-30 dəq saxla.

  3. Tərəvəzləri doğra – Bibərləri və soğanı da uzunsov formada kəs.

  4. Tavaya yağ əlavə et və əvvəlcə toyuğu yüksək odda 5-7 dəq qızart.

  5. Toyuq qızardıqdan sonra tərəvəzləri əlavə et, 5-6 dəqiqə birlikdə qovur. Çox öldürmə, diri qalmalıdır.

  6. Ədviyyatları əlavə et, qarışdır və ocağı söndür.


Servis:


  • Tortilla və ya lavaş içində verilir.

  • Üstünə pendir, avokado, qatıq və ya sous əlavə edə bilərsən.

NEWS FEED