09:21
12 08 2024

Şüyüdlü Plov

Tərkibi:
150 qram düyü
50 qram yağ
30 qram süd
60 qram şüyüd
yumurta
süd
toyuq əti
zəfəran
duz

Hazırlanması:
Şüyüd düyü hazırlamaq üçün əvvəlcə plov normal qaydada bişirilib süzülür.
Plov bişərkən şüyüd yuyulur, təmizlənib ayırlanır və kiçik – kiçik doğranılır.
Bişib hazır olan plova doğradığımız şüyüdlər əlavə edilir və qarışdırılır. Bundan sonra plov dəmə qoyulub dəmlənir.
Yumurtaya süd qarışdırılır, çalınır. Bunlardan omlet hazırlanır. Omlet hazır olduqdan sonra paxlava dilimləri kimi romb formasında doğranılır.

Plov süfrəyə verilən zaman boşqabdakı plovun üzəri romb formalı omlet parçaları ilə bəzədilir. Bunun üzərindən isə ərinmiş qaynar yağ əlavə edilir.

NEWS FEED