Resept:Paytaxt salatı
Tərkibi: Kartof-6 əd, yerkökü-2 əd, yumurta-6 əd, duzlu xiyar-5 əd, mal əti-400 q (əzələ hissəsi və yaxud bir toyuğun döş və bud əti), göy noxud-1 banka, şüyüd-100 q, göy soğan-200 q, cəfəri-100 q, mayonez-1 banka xama-1 banka Hazırlaması : Kartof, yerkökü, mal əti və yumurta bişirilir. Kartof və yerkökünün qabığı təmizlənir. Yumurta soyulub ağı və sarısı kəsilib ayrılır. Kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-xırda doğranır, yumurtanın sarısı isə iki əl arasında ovulur.duzlu xiyar xırda-xırda doğranıb süzgəcə yığılır ki, duzlu suyu çıxsın. Əks halda salat su salar. Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun da suyu süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və istiot vurulur. Mayonez və ya xamaya bitki yağı əlavə edilir, qarışdırılır.