12:22
06 02 2026

Kuba hərbi vəziyyətin tətbiqinə dair plan hazırlayıb

Karib dənizi regionunda vəziyyətin pisləşməsi və ABŞ-nin sərt bəyanatları fonunda Kubada hərbi vəziyyət elan ediləcəyi təqdirdə ölkə tədbirlər planı hazırlayıb.

Bu barədə Rusiyanın Havanadakı səfiri Viktor Koronelli "İzvestiya"ya bildirib.

"Kuba rəhbərliyi Karib regionunda vəziyyətin gərginləşməsi və Vaşinqtonun aqressiv ritorikası şəraitində ölkədə hərbi vəziyyətin elan edilməsinə hazırlıq planının hazırlandığını açıqlayıb", - deyə Koronelli qəzetə bildirib.

Onun sözlərinə görə, ölkə müntəzəm olaraq hərbi təlimlər keçirir və mülki əhalini səfərbərliyə hazırlayır. Diplomat qeyd edib ki, Kuba müdafiəyə hazırdır.

Səfir, həmçinin vurğulayıb ki, gərgin vəziyyətə baxmayaraq, adadakı xarici vətəndaşların vəziyyəti sabit olaraq qalır.

XƏBƏR LENTİ