09:57
17 11 2025

ABŞ-da uçan taksinin hərbi versiyası ilk dəfə sınaqdan keçirilib

ABŞ-ın “Joby Aviation” şirkəti hərbi məqsədlər üçün modernləşdirilmiş uçan taksinin hibrid modelini ilk dəfə sınaq uçuşuna çıxarıb.

Yeni aparat turbin-elektrik güc sistemi və “SuperPilot” adlanan avtonom idarəetmə texnologiyası ilə təchiz edilib.
Elektriklə işləyən standart “Joby” taksilərindən fərqli olaraq, bu hibrid versiya daha ağır yük daşımağa və daha uzun məsafələr qət etməyə imkan verir.

Şirkət müdafiə sənayesinin nəhəngi “L3Harris” ilə əməkdaşlıq edir. Bu çərçivədə uçan taksiyə müxtəlif tipli sensorlar, müşahidə-modulları, rabitə sistemləri və digər hərbi təyinatlı avadanlıqlar quraşdırılacaq.

“Joby” bildirib ki, ABŞ ordusunun həm avtonom, həm də hibrid uçan platformalara marağı sürətlə artır. 2026-cı ilin hərbi büdcəsində yeni hava texnologiyalarının inkişafına təxminən 9 milyard dollar vəsait nəzərdə tutulub.


© Gizmodo

XƏBƏR LENTİ