Ərdoğan Qara dənizdəki qarşılıqlı hücumlarla bağlı danışdı: "Hər iki tərəfə xəbərdarlıq edilib"
"Son günlərdə baş verən qarşılıqlı hücumlar Qara dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edir". "Haber Global"a istinadən, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışı zamanı deyib. Qara dənizdəki hücumlara toxunan Ərdoğan Ukraynadakı münaqişənin hər iki tərəfinə bununla bağlı xəbərdarlıq edildiyini bildirib. "Son günlərdə baş verən qarşılıqlı hücumlar Qara dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməz. Bu məsələ ilə bağlı hər iki tərəfə xəbərdarlıqlarımızı açıq şəkildə çatdırırıq", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Şərhlər