16:38
25 11 2025

Kürdəmirdə canavarlar daha bir kəndə hücum ediblər: 13 baş qoyun tələf olub

Kürdəmir rayonunda canavarlar daha bir təsərrüfata hücum edərək 13 baş qoyunu parçalayıblar.

"Report"a istinadən xəbər verilir ki, hadisə rayonun Sığırlı kəndində yerləşən, Mübariz Hacıyevə məxsus fermada baş verib.

Yırtıcılar sürü şəklində hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.

Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb. O bildirib ki, canavarların hücumu nəticəsində ona ümumilikdə dörd min manata yaxın maddi ziyan dəyib.

Qeyd edək ki, analoji hadisə iki gün öncə rayonun Çöl Qubalı kəndində də qeydə alınmışdı. Həmin hadisə zamanı canavarlar fermerin 16 baş xırdabuynyzlu heyvanını tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdular.

XƏBƏR LENTİ