16:42
25 11 2025

Ələt Azad İqtisadi Zonası ilə bağlı fərmana dəyişiklik edildi

Prezident İlham Əliyev "Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

President.az-a istinadən xəbər verilir ki, dəyişikliklə fərmana 5 nömrəli əlavə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt Azad İqtisadi Zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453.09 hektar torpaq sahəsinin yerquruluşu planı" əlavə edilir.

Eyni zamanda, dəyişikliklə həmin əlavə Nazirlər Kabineti "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görərkən və yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edərkən nəzərə alınacaq.

Həmçinin Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

XƏBƏR LENTİ