Mikayıl Cabbarov Məhəmməd İshaq Dar ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb. Bu barədə nazir "X" hesabında paylaşım edib. "Görüş zamanı iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğuladıq, ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.
#Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar (@MIshaqDar50) ilə görüşmək xoş oldu.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 25, 2025
Görüş zamanı #iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğuladıq, #ticarət, #enerji, #sənaye, #tranzit,… pic.twitter.com/ZQJorSc5GW

Şərhlər