12:20
06 02 2026

"Beşiktaş" Premyer Liqadan futbolçu transfer etdi: Emmanuel Aqbadu İstanbuldadır

Türkiyənin "Beşiktaş" klubu İngiltərə Premyer Liqasından futbolçu transfer edib.

"NTV Spor"a istinadən xəbər verilir ki, İstanbul təmsilçisi "Vulverhempton"un 28 yaşlı mərkəz müdafiəçisi Emmanuel Aqbadu artıq İstanbuldadır.

Təcrübəli futbolçu Kot-d'İvuar yığmasının üzvüdür. O, yığmada 18 oyun keçirib və iki qol vurub. Aqbadu cari mövsümdə "Vulverhempton"un heyətində 17 oyunda meydana çıxıb. Afrikalı futbolçu tibbi müayinədən keçdikdən sonra "qara qartallar"la rəsmi müqavilə bağlayacaq.

 

XƏBƏR LENTİ