"Google Play"də YENİLİK
"Google Play" istifadəçilərə axtardıqları film və ya serialın hansı servislərdə mövcud olduğunu tez tapmağa imkan verən “Harada izləmək olar” adlı yeni xüsusiyyəti istifadəyə verib. Artıq "Play Store"da hər hansı filmin və ya serialın adını yazdıqda, həmin kontentin yayımlandığı bütün platformaların siyahısı ekranda görünəcək. Əgər göstərilən tətbiq istifadəçinin telefonunda quraşdırılmayıbsa, siyahıdan birbaşa həmin tətbiqi endirmək mümkündür. Lakin funksiyanın müəyyən məhdudiyyətləri də var. Sistem göstərmir ki, istifadəçi həmin platformaya abunədir, ya yox. Eyni zamanda, kontentin reklamlı-reklamsız olması barədə də məlumat verilmir. Həmçinin bəzi servislərdə əlavə ödəniş tələb edilib-edilmədiyi də göstərilmir."Google Play" filmlərin və serialların hansı platformada yayımlandığını göstərən yeni funksiyanı təqdim edib

Şərhlər