Filippin sahillərində güclü zəlzələ oldu
Filippin sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 105 min əhalisi olan Mati şəhərindən 66 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 72 km dərinlikdə olub. İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.

Şərhlər