12:59
04 11 2025

Kamçatkada 6,3 bal gücündə ikinci zəlzələ baş verdi

Rusiyanın Kamçatka bölgəsində gün ərzində ikinci güclü zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Moskva vaxtı ilə saat 7:45-də (Bakı vaxtı ilə 8:45 - red. ) Petropavlovsk-Kamçatskidən 158 kilometr aralıda baş verən zəlzələ 6.3 bal gücündə olub.

Təbiət hadisəsinin ocağı 38.2 kilometr dərinlikdə yerləşib.

Regionun mərkəzində zəlzələnin gücü Rixter şkalası üzrə 4.0 bal gücündə qiymətləndirilib.



Rusiyanın Kamçatka bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 168 km aralıda baş verib.

Yeraltı təkanların episentri 50.4 km dərinlikdə yerləşib.

Qeyd edək ki, ötən gün də Kamçatka bölgəsində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.

XƏBƏR LENTİ