09:58
17 11 2025

“Formula-1” pilotları saxta izləyicilərin hesabına ciddi gəlir əldə edirlər

“Formula-1” üzrə ən məşhur pilotların qazancının böyük bir qismi sosial şəbəkələrdə paylaşdıqları reklam məzmunlarından formalaşır.

Araşdırmalar göstərir ki, bu reklam gəlirlərinin əhəmiyyətli hissəsi real insanlar deyil, bot hesabların yaratdığı süni auditoriya sayəsində mümkün olur.

Məsələn, 41,7 milyon izləyicisi olan yeddiqat dünya çempionu Lüis Hemilton hər sponsorlu paylaşım üçün 100 302 funt sterlinq gəlir götürür. Lakin onun izləyicilərinin 28%-i — yəni 11,6 milyon nəfəri bot hesabdır. Bu da o deməkdir ki, həmin gəlirin təxminən 27 924 funt sterlinq hissəsi saxta auditoriya hesabına formalaşır.

Ferrari sürücüsü Şarl Leklerin izləyici bazasında 3,37 milyon bot (15,93%) var. Bu isə hər reklam paylaşımında ona əlavə olaraq 8 143 funt sterlinq qazanc gətirir.

“Red Bull” pilotu Maks Ferstappenin auditoriyasının 18,63%-i saxta hesabdır və bu, pilotun hər reklam postundan əlavə 7 502 funt sterlinq gəlir əldə etməsinə səbəb olur.

“Aston Martin” sürücüsü Fernando Alonso isə bot izləyici faizinə görə siyahıya başçılıq edir. Onun auditoriyasının 34,55%-i real olmayan istifadəçilərdən ibarətdir.


© "Racing News 365"

XƏBƏR LENTİ