Ronaldunun toyunun tarixi bəlli olub
Kriştianu Ronaldu və Corсina Rodriqes 2026-cı ilin yayında Madeyra adasında evlənəcəklər. Xarici KİV-ə istinadən xəbər verilir ki, toy mərasimi Ronaldunun doğma şəhəri Funşaldakı kilsədə keçiriləcək, daha sonra isə lüks hoteldə davam edəcək. Ronaldunun toy mərasimi gələn il iyunun 11-dən iyulun 19-dək davam edəcək keçiriləcək dünya çempionatından sonra baş tutacaq. Qeyd edək ki, Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb, 2023-cü ilin yanvarından "Ən-Nəsr" komandasının hücumçusudur. Ölkədə nikahdankənar kişi və qadının eyni evdə yaşamasının qadağan olmasına baxmayaraq, əfsanəvi futbolçuya güzəşt edilib və uşaqlarının anası ilə birgə yaşamasına icazə verilib. İdmançının modeldən iki qızı var: altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda. Həmçinin futbolçunun 2010-cu ildə dünyaya gələn Junior Kriştianu Ronaldu adlı oğlu var. 2017-ci ildə isə surroqat ana idmançıya Eva və Mateo adlı əkizlər dünyaya gətirib. Rodriqes izləyicilərinə etiraf edib ki, ögey oğlu və qızlarını da öz uşaqları qədər sevir.

Şərhlər