Rəcəb Tayyib Ərdoğan Məsud Pezeşkianla telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. “Haber Global”ın məlumatına görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, eləcə də bölgədə son vaxtlar artan hərbi gərginlik müzakirə olunub. Danışıq zamanı Ərdoğan regionda gərginliyin azaldılması və problemlərin həlli üçün Türkiyənin İran və ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bildirib.

Şərhlər