Supernova partlayışı bəşəriyyəti məhv edə bilərmi? – Astronomdan açıqlama
Astronom Vladimir Surdin bildirib ki, mümkün supernova partlayışı bəşəriyyət üçün təhlükə yaratmayacaq, çünki ən yaxın potensial ulduz namizədi Yerə zərər verəcək məsafədə yerləşmir. O, gazeta.ru-ya müsahibəsində qeyd edib ki, Betelgeyze kimi nəhəng bir ulduz Günəş sisteminə yaxın məsafədə partlasaydı, buraxdığı radiasiya təsiri supergüclü Günəş alışması ilə müqayisə oluna bilərdi. Surdin əlavə edib ki, supernovaların necə formalaşdığı hələ də tam aydın deyil — onların müxtəlif tipləri olduğundan bu proses hərtərəfli öyrənilməyib. Alimin sözlərinə görə, supernova zamanı yaranan qamma-şüalanma ulduz sisteminin sərhədlərini aşmır. Bu səbəbdən Yer atmosferi belə kosmik hadisələrin təsirindən canlıları effektiv şəkildə qoruyur.

Şərhlər