10:04
17 11 2025

Almaniya millisinin futbolçusu “beşbarmaq” və elektroşoker daşıdığı üçün cərimələnib

Almaniya yığmasının üzvü Kərim Adeyemi mis “beşbarmaq” və elektroşok cihazı gəzdirdiyinə görə 450 min avro məbləğində cərimə edilib.

Bild nəşrinin məlumatına görə, “Borussiya Dortmund”un 23 yaşlı hücumçusu cəriməni hissə-hissə ödəyəcək — ümumilikdə 60 ödəniş, hər biri 7 500 avro olmaqla.

Adeyemiyə bununla bağlı heç bir idman cəzası və ya diskvalifikasiya tətbiq olunmayacaq.

XƏBƏR LENTİ