Rusiya Ukrayna məsələsi üzrə razılaşma əldə edib
ABŞ Prezidenti Donald Trampın müraciətindən sonra Rusiya fevralın 1-dək Ukraynaya zərbə endirməməyə razılaşıb. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov yerli mediaya açıqlama verib. Peskovun sözlərinə görə, bu addım danışıqlar üçün daha uyğun və rahat şərait yaratmaq məqsədi daşıyır. “Tramp danışıqlar üçün əlverişli şəraitin formalaşması üçün Putindən fevralın 1-nə qədər Kiyevə zərbə endirməməyi xahiş edib”, – deyə Peskov qeyd edib. Xatırladaq ki, daha əvvəl Tramp özü də Putinə şəxsən müraciət etdiyini və Kiyevə zərbə endirilməməsini istədiyini bildirmişdi. Onun sözlərinə görə, Putin bu xahişə müsbət yanaşıb.

Şərhlər