16:41
25 11 2025

Sergey Lavrov: "Rusiya ABŞ-dən Tramp planının Avropa və Ukrayna ilə razılaşdırılmış versiyasını gözləyir"

"Rusiya ABŞ-dən Ukrayna üzrə sülh planının Avropa və Kiyevlə razılaşdırılmış aralıq versiyasını əldə etməyə ümid bəsləyir".

TASS-a istinadla xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Donald Tramp Administrasiyasının rəsmi planı Rusiya tərəfinə təqdim edilməyib: sənəd qeyri-rəsmi kanallar vasitəsilə əldə edilib.

Bununla yanaşı, Lavrov vurğulayıb ki, Trampın planında yer alan bir sıra ifadələr dəqiqləşdirmə tələb edir.

XƏBƏR LENTİ