12:13
08 04 2024

Plov üçün Qazmaq

 Qazmaq plovu bəzəmək və yemək üçün istifadə edilir.

1. Tərkibi:
1 stəkan un
2 xörək qaşığı qatıq + soda
2 xörək qaşığı bitki yağı
zövqə görə duz
Hazırlanma qaydası:
Bir qabda un, sodayla qarışdırılmış qatıq, maye yağ və duz töküb xəmir yoğurun. Qazanın dibinə kərə yağı əlavə edib qızdırın. Daha sonra xəmiri qazanın dibinə yerləşdirib istədiyiniz qəliblə (dairə, ürək forması və s.) ilə kəsib bişirin.


2.Tərkibi:
•1 ədəd yumurta
•0,5 st bitki yağı
•2 xörək qaşığı qatıq
•apardığı qədər un
Hazırlanma qaydası:
Bir qabda yumurta, maye yağ, qatıq və unu qarışdırıb xəmir yoğurun. Qazana yağ töküb yaxşıca qızdırın. Hazırldağınız xəmiri qazanın dibinə yaxşıca yayın və istədiyiniz formada kəsin.


3. Tərkibi:
•5 ədəd hazır lavaş (qazanın ölçüsünə görə artırıb-azalda bilərsiniz)
•ərinmiş kərə yağı
Hazırlanma qaydası:
Lavaşı iki yerə bölüb üçbucaq formasında bükün. Qazanın dibinə yağ əlavə edib yaxşıca qızdırın. Qızdırılmış yağa lavaşları düzün və üzərinə yenə yağ çəkin. Üzərinə düyünü əlavə edib dəmə qoyun

NEWS FEED