11:16
07 11 2023

"Mimoza" Salatı Resepti

Mimoza salatı, ən populyar salatlardan biri olan və asand hazırlanan bir salat növüdür. Mimoza salatının hazırlanması üçün lazım olan ingredientlər və resept:

Mimoza Salatı üçün Ingredientlər:

  • 450 qram toyuğun döş əti
  • 1/2 stəkan xırda doğranmış qoz ləpəsi
  • 4 ədəd orta boy kartof
  • 4 ədəd bişmiş yumurta (ikisinin sarısını üstü bəzəmək üçün ayırın)
  • 3 ədəd orta boy yerkökü
  • Duz
  • Mayonez
  • Şüyüd, üstü üçün
  • Rəndələnmiş Holland pendiri, üstü üçün
  • 2 bişmiş yumurtanın sarısı

Mimoza Salatı resepti:

  1. Toyuq ətini bir çimdik duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda əlinizlə didin.

  2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun. Ayırdığınız 2 yumurta sarısını sürtgəcin xırda gözündən keçirin.

  3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
    – toyuq ətinin yarısı
    – mayonez
    – qozun yarısı
    – kartofun üçdə biri
    – duz
    – mayonez
    – yumurtaların yarısı
    – duz
    – yerkökünün yarısı
    – mayonez

  4. Layları eyni şəkildə davam edin. Ən üstdə qalan üçdə bir kartof olmalıdır.

  5. Axırıncı layın üstünə və istəyə görə salatın kənarlarına mayonez sürtüb, üstünə Holland pendiri sərpişdirin. Şüyüd yarpaqları və yumurta sarısı ilə salatı bəzəyin.

  6. Soyuducuda ən az 1 saat saxladıqdan sonra süfrəyə verin.

Nuş olsun!

NEWS FEED