16:29
25 04 2024

Qarabağ kətə resepti

Qarabağ kətəsinin tərkibi:
Xəmir üçün:

3 ədəd yumurta
0,5 stəkan şəkər tozu
11 qr (1 paket vanil)
150 qr yumşaldılmış kərə yağı
800 qr un
Opara üçün:

1 stəkan un
10 qr (1 paket) quru maya
1 stəkan isti süd
1 xörək qaşığı şəkər tozu
çimdik duz
İçlik üçün:

300 qr dondurulmuş kərə yağı
1,5 stəkan şəkər kirşanı
11 qr (1 paket )vanil
apardığı qədər un
Arasına yaxmaq üçün:

əridilmiş kərə yağı
Üzərinə yaxmaq üçün :

yumurta sarısı

Hazırlanma qaydası:

Oparanı hazırlamaq üçün un, maya, isti süd, şəkər tozu və duzu bir qabda qarışdırın. Mayalanması üçün 15 dəqiqəlik isti yerə qoyun. Başqa bir qabda yumurtanı şəkər tozuyla mikserlə çırpın. Üzərinə kərə yağı və vanil töküb yaxşıca qarışdırın. Üzərinə mayalanmış oparanı da töküb qarışdırın. Unu da tədricən tökərək yumşaq xəmir yoğurun. Xəmiri isti yerə 1 saatlıq acımağa qoyun.

İçlik üçün donmuş kərə yağını rəndələyib üzərinə şəkər kirşanı, vanil və apardığı qədər un töküb ovun. İçliyi 45 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmiri 5 kündələrə bölün. Unlanmış dəzgaha kündəni yayın və əridillmiş yağla yağlayın. İçliyi soyuducudan çıxarın və 5 hissəyə ayırın. İçliyin birinci hissəsini yaydığınız xəmirin üzərinə yayın və kənarlarını orta hissəsinə gətirərək bükün. Kətəni unlu dəzgaha çevirin yüngülcə oxlovla yayın. Kənarlarına dairəvi və ya kvadrat forma verərək yayın. Üzərinə yumurta sarısı çəkib çəngəllə şəkil verib bir neçə yerindən deşin. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Eyni qayda ilə qalan kündələri də yayıb içliklə doldurub bişirin.

NEWS FEED