16:13
08 11 2025

Hikmət Hacıyev: "Azərbaycan Silahlı Qüvvələrinin qürurlu bölmələri qardaş Türkiyə və Pakistan hərbçiləri ilə birgə addımlayır"

Azərbaycan Prezidentinin köməkçisi, PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçiriləcək hərbi paradın hazırlıq görüntülərini paylaşdı.

O, kadrları “X” sosial şəbəkəsindəki hesabında yayımlayıb.

Paylaşımda belə qeyd olunub:
“Marş sədaları altında 8 Noyabr Qələbə Paradı! Azərbaycan Silahlı Qüvvələrinin qürurlu bölmələri, qardaş Türkiyə və Pakistan hərbçiləri ilə yanaşı addımlayır.”

XƏBƏR LENTİ