15:14
07 11 2025

İlin ən yaxşı futbolçusu mükafatının namizədləri açıqlandı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2025-ci ilin yekunlarına əsasən “İlin ən yaxşı futbolçusu” mükafatı üçün namizədlərin siyahısını açıqlayıb.

FIFA-nın yaydığı rəsmi məlumata görə, bu nüfuzlu mükafat uğrunda 11 futbolçu mübarizə aparacaq. Siyahıda aşağıdakı adlar yer alır:

  • Usman Dembele, Əşrəf Hakimi, Nuno Mendeş, Vitinya (PSJ)

  • Harri Keyn (“Bavariya”)

  • Kilian Mbappe (“Real Madrid”)

  • Koul Palmer (“Çelsi”)

  • Pedri, Rafinya, Lamin Yamal (“Barselona”)

  • Məhəmməd Salah (“Liverpul”)

Qeyd edək ki, ötən ilin qalibi “Real Madrid”in braziliyalı hücumçusu Vinisius olmuşdu.

XƏBƏR LENTİ