"Real Madrid"in baş məşqçisi Vinisiusla bağlı qərarını açıqladı
"Vinisius Junior cəzalandırılmayacaq. Məsələ bağlanıb. Onun komandadan üzr istəməsi qüsursuz idi". Bunu məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında "Real Madrid"in baş məşqçisi Xabi Alonsonun sözləri kimi paylaşıb. "Barselona" ilə matçın (2:1) 72-ci dəqiqəsində əvəzləndikdən sonra braziliyalı oyunçu Alonsonu sərt tənqid edərək, tunelə üz tutmuşdu. Mətbuatda yayılan xəbərlərə görə, Vinisius və Alonsonun münasibətləri pisləşib və futbolçu klubu tərk etməyi düşünür. Xatırladaq ki, "El-Klasiko"da baş verən qalmaqala görə Vinisius sosial şəbəkə hesabında klubun azarkeşlərindən, komanda yoldaşlarından və klub rəhbərliyindən üzr istəyib.

Şərhlər