17:22
31 10 2025

"Barselona" "Kamp Nou"ya qayıdır: Stadion 105 min azarkeş tutumuna malik olacaq 4 0

"Barselona" klubu uzun fasilədən sonra məşhur "Kamp Nou" stadionuna qayıdır.

Bu barədə Kataloniya klubu rəsmi məlumat yayıb.

Məlumata görə, noyabrın 7-də "Barsa"nın həmin stadionunda açıq məşqi olacaq. Klubun "Kamp Nou"dakı məşqini təxminən 23 min tamaşaçının izləyəcəyi bildirilir.

Xatırladaq ki, "Barselona" sonuncu dəfə 2022/23 mövsümündə məşhur arenada çıxış edib və bundan sonra stadion təmirə bağlanıb. Təmirdən sonra "Kamp Nou" 105 min tamaşaçı tutumu ilə ölkənin ən böyük stadionuna çevriləcək.

XƏBƏR LENTİ