Sumqayıtda eyni gün iki avtomobil alovlanıb
Sumqayıtda gün ərzində iki ayrı ünvanda avtomobil yanğını qeydə alınıb. Məlumata görə, ilk hadisə şəhərin Sahil küçəsində baş verib. Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Alim Sirac oğlu Nəzərliyə məxsus KIA markalı avtomobil alovlanıb. Yanğın operativ şəkildə söndürülüb və yaxınlıqdakı digər nəqliyyat vasitələrinin zərər görməsinin qarşısı alınıb. İkinci yanğın isə "Xəzər bağları" deyilən ərazidə qeydə alınıb. Bu dəfə Sumqayıt sakini, 1976-cı il təvəllüdlü Seymur Rahib oğlu Quliyevin “Volkswagen” markalı avtomobili alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunaraq alov tam söndürülüb. Hər iki faktla bağlı araşdırma aparılır. ⓒ "Report"

Şərhlər