09:34
17 11 2025

Azərbaycanda avtomobil və traktor istehsalında azalma qeydə alınıb

2025-ci ilin yanvar–oktyabr aylarında ölkədə maşın və avadanlıqlar, həmçinin avtomobil, qoşqu və yarımqoşqu istehsalı üzrə 506,1 milyon manatlıq məhsul buraxılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,2%, avtomobil və qoşqu istehsalı isə 22,5% geriləyib.

Hesabat dövründə 3 280 ədəd minik avtomobili istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 153 ədəd azdır. Traktor istehsalında da azalma müşahidə olunub — istehsal 13,7% geriləyib. Yük avtomobillərinin istehsalı isə 31,6% azalıb.

Yanvar–oktyabr aylarında ümumilikdə 8 718 ədəd nasos istehsal edilib, onların 4 978 ədədi ştanqlı quyu nasoslarıdır. Bundan əlavə, 3,5 tonluq kran, müxtəlif növ qapaq və klapanlar da hazırlanıb. Dövr ərzində ümumilikdə 427 ədəd traktor və 273 ədəd yük avtomobili istehsal olunub.


© Dövlət Statistika Komitəsi

XƏBƏR LENTİ