Azərbaycanda doqquz ay ərzində 78 minə yaxın yeni iş yeri yaradılıb
2025-ci ilin yanvar–sentyabr ayları ərzində ölkədə ümumilikdə 77,7 min yeni iş yeri fəaliyyətə başlayıb. Bu göstəricinin 91,4 faizi özəl sektorun payına düşür. Yeni açılan iş yerlərinin əsas hissəsi paytaxtda formalaşıb — yaradılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasına 0,8 faiz, bölgələrə isə ümumilikdə 23,3 faiz pay düşüb. Regionlar üzrə bölgü belədir: Yeni iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisələrdə, 89,8 faizi mövcud təşkilatlarda, 0,4 faizi isə fəaliyyəti bərpa olunan müəssisələrdə formalaşıb. Bundan əlavə, 0,7 faiz iş yeri müxtəlif layihələr və abadlıq tədbirləri çərçivəsində açılıb. Hüquqi şəxslərin yaratdığı iş yerləri sahələr üzrə belə bölünür: Hesabat dövründə 8,2 min iş yeri bağlanıb. Bu bağlanmaların 47,4 faizi özəl sektorun payına düşüb. İş yerlərinin 27,3 faizi müəssisə və təşkilatların fəaliyyətinin dayanması, 72,7 faizi isə mövcud strukturlarda aparılan ixtisarlarla bağlı olub. © Dövlət Statistika Komitəsi2025-ci ilin ilk doqquz ayında Azərbaycanda 77,7 min yeni iş yeri yaradılıb
• Abşeron–Xızı – 7,2%
• Quba–Xaçmaz – 2,7%
• Şəki–Zaqatala – 2,7%
• Qarabağ – 2,4%
• Gəncə–Daşkəsən – 1,9%
• Şirvan–Salyan – 1,5%
• Lənkəran–Astara – 1,2%
• Şərqi Zəngəzur – 0,9%
• Mərkəzi Aran – 0,9%
• Qazax–Tovuz – 0,8%
• Mil–Muğan – 0,6%
• Dağlıq Şirvan – 0,5%
• Tikinti – 25,1%
• Ticarət və nəqliyyat vasitələrinin təmiri – 16,2%
• Emal sənayesi – 12,1%
• Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 7,9%
• Peşə, elmi və texniki fəaliyyət – 7,5%
• Təhsil – 4,6%
• İnzibati və yardımçı xidmətlər – 3,7%
• Nəqliyyat və anbar təsərrüfatı – 3,6%
• Səhiyyə və sosial xidmətlər – 3,6%
• Kənd təsərrüfatı və balıqçılıq – 3,3%
• İnformasiya və rabitə – 2,6%
• Maliyyə və sığorta – 2,1%

Şərhlər