Taekvondoçumuz Avropa çempionatında gümüş medala yiyələndi.
Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov Yunanıstanın Afina şəhərində keçirilən Avropa çempionatında podiuma yüksəlib. Bu barədə məlumatı Azərbaycan Taekvondo Federasiyası yayıb. Federasiyanın açıqlamasına görə, 53 kq çəki dərəcəsində mübarizə aparan Elmir Səlimov gümüş medal qazanıb. Qeyd edək ki, yarışa dünən start verilib və turnirə 8 noyabrda yekun vurulacaq.


Şərhlər