09:54
05 11 2025

Metronun İş Saatları Genişlənir – Sərnişinlər üçün Daha Rahatlıq!

“Bakı Metropoliteni” QSC noyabrın 5-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək oyuna görə iş rejimini dəyişdirəcək.

 “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə metropoliten gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında metropolitenin iş saatı uzadılacaq. Paytaxtda keçirilən kütləvi tədbirlər və oyuna sərnişin marağı nəzərə alınaraq, noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər açıq olacaq.

Sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun bitdikdən sonra evlərinə rahat çatması üçün bir sıra tədbirlər görüləcək. “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq. Həmçinin, “Gənclik” stansiyasında könüllülər də sərnişinlərə yardım edəcək.

Ehtiyac yarandığı halda, əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

XƏBƏR LENTİ