Ev Şəraitində Suşi resepti
Ev Şəraitində Suşinin tərkibi:
2 stəkan suşi düyüsü
2,5 stəkan su
1 stəkan düyü sirkəsi
½ stəkan ağ şəkər tozu
¼ stəkan duz
8-10 yarpaq suşi yosunu
İçlik üçün:
1 ədəd yetişmiş amerikan armudu (avokado)
4-5 budaq yaşıl soğan
2 xörək qaşığı labne pendiri
2 parça hisə verilmiş losos balığı
1 incə dilim somon balığı filesi
2 parça xərçəng surimi
Üzəri üçün:
1 incə dilim losos balığı filesi
8-10 ədəd krevetka
1 incə dilim hisə verilmiş ilan balığı
1 xörək qaşığı küncüt
Süfrəyə vermək üçün :
Soya sosu
Vasabi
Hazırlanma qaydası:
İlk öncə düyünü 4-5 dəfə yuyaraq nişastasından təmizləyin. Daha sonra düyünü bir qazanda 2,5 stəkan su ilə qaynayana qədər yüksək odda bişirin. Qaynadıqdan sonra qapağını bağlayıb ocağı azaldıb 10 dəqiqə daha bişirin. 10 dəqiqə sonra qazanı ocaqdan götürün və kənara qoyun. Ayrı bir qəhvədanın içərisində düyü sirkəsi, şəkər və duzu qarışdırın. Zəif odda ilınanadək eynicinsli hala gətirin. Ardından hazırladığınız sirkəli qarışığı soyuyan düyünün üzərinə az-az əlavə edərək, düyüləri əzməyərək taxta qaşıqla qarışdırın. Hazır qarışığı soyuması üçün kənara qoyun.
İçlik üçün avokadonun tumunu çıxarın və qabığını soyun. 5-6 mm uzun zolaqlar şəklində doğrayın. Somon balığı filesini də 7-8 mm diametrində nazik uzun lentlər şəklində doğrayın. Xərçəng surimiləri də uzununa ikiyə bölün. Suşi yosununu parlaq hissə altda qalacaq şəkildə sərin. Orta hissəsinə amerikan armudu, somon balığı və labne pendirini uzununa yerləşdirin. Suşini bambuk lövhəcik vasitəsilə möhkəm sıxın. Qara dürmək şəklində yaydığınız hissəni kənara qoyun. Lövhəciyin üzərinə əllərinizi isladaraq bir ovuc düyü götürün və bərabər şəkildə yayın. Düyünün orta hissəsinə hazırladığınız yosunlu rulonu yerləşdirin və suşini möhkən sıxın. Ardından lövhəciyin üzərinə hisə verilmiş somon balığını sərin və hazırladığınız rulonu üzərinə qoyun, lövhəciklə bərabər möhkən sıxın. Suşinizi doğrama taxtası üzərinə qoyub və kəskin bir bıçaqla paralel şəkildə irəli geri hərəkət etdirərək ehtiyyatla dilimləyin. Hər dəfə dilimlədikdə bıçağı yaş dəsmal ilə silərək təmizləyin. Quru ya da düyülü bıçaqla dilimləsəniz suşi dağıla bilər.
Bir digər növ suşi üçün əlinizi su ilə yüngülcə nəmləndirin və suşi düyüsündən bir az götürüb əlinizdə yuvarlayın. 1 dilim incə doğranmış somon balığını əlinizə yerləşdirin və tökdüyünüz plov topunu somon parçanın ortasına qoyaraq yayın. Daha sonra hazırladığınız suşiyi tərs çevirin və şəklini möhkəmləndirmək üçün 1-2 dəfə yanlardan basın.
Balıqlı suşini etdikdən sonra uzununa kəsdiyiniz suşi lövhəciyini tam ortasından burun, üzərinə küncüt səpin. Hazırladığınız suşiləri soya sosu və vasabi ilə süfrəyə verə bilərsiniz