Südlü Qənd resepti
Çay süfrələrinin əvəzolunmazı olan qəndi özünüz ev şəraitində bişirin.
Tərkibi:
Hazırlanma qaydası:
Bir qazana şəkər tozu tökün. Üzərinə südü orta ocaqda dayanmadan qarışdıraraq qaynadın. Qaynamağa başladıqdan 2-3 dəqiqə sonra ədviyyatları və xırda doğranmış qoz ləpəsini əlavə edib qarışdırın. Qazanın divarları xarlayan kimi olacaq, köpüklər çoxalacaq, nisbətən ağarıb qatılaşacaq. Artıq bişən qəndi ocaqdan götürüb yağlanmış siniyə töküb yayın. 2-3 dəqiqədən sonra stəkanın alt hissəsiylə bişirdiyiniz qəndin üstündən basın ki, kütlə sıxılsın. Bərkiməsi üçün qəndi kənara qoyun. Bərkiyən qəndi qənd doğrayanla doğrayıb çayla nuş edə bilərsiniz.