17:08
28 02 2025

Evdə Asan və Dadlı Şokoladlı Souffle Hazırlayın

Şokolad sevənlər üçün souffle mükəmməl desert seçimidir. Restoranlarda tez-tez rast gəlinən bu ləzzətli şirniyyatı evdə də asanlıqla hazırlaya bilərsiniz. Daxildən axan isti şokolad və yüngül teksturası ilə bu resept sizi və qonaqlarınızı heyran edəcək!

Lazım olan ərzaqlar:

✅ 100 q tünd şokolad (minimum 60% kakao tərkibli)
✅ 50 q kərə yağı
✅ 2 ədəd yumurta
✅ 3 yemək qaşığı şəkər tozu
✅ 1 yemək qaşığı un
✅ 1 çimdik duz
✅ Üzəri üçün: kakao tozu və ya şəkər kirşanı

Hazırlanma qaydası:

1️⃣ Şokoladı əridin

  • Kərə yağını və şokoladı birlikdə su buxarında (benmari üsulu) əridin. Şokolad tam əriyəndən sonra soyumağa qoyun.

2️⃣ Yumurta və şəkəri çırpın

  • Bir qabda yumurtaları və şəkər tozunu ağarana qədər mikserlə çırpın. Bu qarışım nə qədər yaxşı çırpılsa, souflle o qədər yüngül olacaq.

3️⃣ Tərkibləri birləşdirin

  • Əridilmiş şokoladı yumurta qarışığına yavaş-yavaş əlavə edərək qarışdırın. Üzərinə unu və duzu əlavə edib, ehtiyatla qarışdırın.

4️⃣ Formalara tökün

  • Kiçik souffle qablarını (ramekin) yağlayın və üzərinə kakao tozu səpin ki, souffle bişəndən sonra rahat çıxsın. Daha sonra hazırladığınız qarışımı qabların yarısından biraz artıq doldurun.

5️⃣ Bişirin

  • Əvvəlcədən 200°C-yə qədər isidilmiş sobada 10-12 dəqiqə bişirin. Kənarları bişməli, amma ortası hələ də maye vəziyyətdə qalmalıdır.

6️⃣ Süfrəyə verin

  • Bişirdikdən sonra dərhal servis edin. Üzərinə şəkər kirşanı və ya dondurma əlavə edərək dadını daha da artırın! ????

NEWS FEED