Əriştə Şorbasının resepti
Əriştə Şorbasının resepti
tərkibi:
quru əvəlik
soğan
ət suyu
bişmiş maş lobya
3-4 ədəd quru alça
Xəmiri üçün:
un
yumurta
duz
su
hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda un, yumurta, duz və su töküb bərk xəmir yoğurun. Xəmiri kündələyib 5 dəqiqə saxlayın. Daha sonra unlanmış dəzgahın üzərində oxlovla yayıb nazik əriştələr kəsin. Kəsdiyiniz əriştələri unlayıb aralıqlarla düzün ki, bir-birinə yapışmasın.
Maş lobyanı əvvəlcədən bir gecə suda saxlayıb bişirin. Quru əvəlikləri suda qaynadın ki, acılığı çıxsın. Daha sonra yaxşıca yuyub xırda doğrayın. Soğanı xırda doğrayıb qazanda yağda qovurun. Qovrulan soğana duz və sarıkök əlavə edin. Üzərinə əvvəlcədən hazırlanmış ət suyu və ya adi su əlavə edib qaynadın. Qaynamağa başladıqda bişmiş maş lobyanı və əvəliyi əlavə edin. 3-4 ədəd quru alça və kəsdiyiniz əriştələri əlavə edib bişirin. İstəyə bağlı şorbaya 1 çay qaşığı limon suyu əlavə edə bilərsiniz. Hazır şorbanı süfrəyə isti halda verin.