Julyen Resepti
Julyen Resepti Lazım olan ərzaqlar: Toyuğun döş ətini suda qaynadın. Suya zövqə görə yumru qara istiot və dəfnə yarpağı da ata bilərsiniz. Soğanı yarım halqa şəklində incə doğrayıb yağda yumşalıb qızılı rəng alana qədər qızardın. Göbələyi nazik yarım halqalar şəklində doğrayın. Doğranmış göbələkləri soğana əlavə edib birlikdə göbələyin suyu çəkilənə qədər qızardın. Bişmiş toyuğu soyuduqdan sonra nazik uzun doğrayın və göbələklərin üzərinə töküb, duz, istiot vurub qarışdırın. Beşamel sousu üçün unu təmiz bir tavada iyi çıxana qədər qovurub sürətli qarışdırmaq şərti ilə qaymağı əlavə edin və qatılaşana qədər bişirin, duz və istiot vurub oddan götürün. Bu sousu da yeməyə qatıb hamısını birlikdə qarışdırın. Hazırladığınız qarışımı qablara töküb üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edib sobada üzəri qızarana qədər 180 dərəcədə bişirin.
Əgər belə kiçik qablarınız yoxdursa bir böyük qabda da bişirə bilərsiniz.