16:22
25 04 2024

Ev Şəraitində Toyuq Sosiskası

Tərkibi:

500 qr toyuq filesi
1 ədəd yumurta
50 qr kərə yağı
100 ml süd
duz
2 çimdik istiot
0,5 çay qaşığı pul bibər
0,5 çay qaşığı keşniş toxumu

Hazırlanma qaydası:


İlk öncə toyuq ətini yaxşıca yuyun. Əti ətçəkən maşınından keçirin və ya blenderlə xırdalayın. Kərə yağı əlavə edib qarışdırmağa davam edin. Üzərinə yumurta, pul bibər, duz, istiot, keşniş toxumu və süd əlavə edib yaxşıca qarışdırın. Dəzgahın üzərinə streç salafan sərin və 2 xörək qaşığı farşdan qoyub salafanı konfet kimi bükün. Hava qalmaması üçün çalışın sosiskaları sıx bükün. Kənarlarını  sapla bağlayın.



Sosiskaları soyuq su dolu qazana əlavə edib  20 dəqiqə zəif odda qaynadın. Hazır sosiskaları 1 çay qaşığı kərə yağı və yaxud bitki yağında qızardın. Sosiskaları isti halda arzu etdiyiniz souslarla birgə süfrəyə verə bilərsiniz.

NEWS FEED