



Elon Mask yenidən dünyanın ən varlı adamı oldu
Yayin.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg Billionaires Index” yayıb. Reytinqə əsasən, hazırda Maskın sərvəti 384 milyard dollar olaraq qiymətləndirilir. İkinci pillədə isə bir gün öncə qısa müddətlik Maskı geridə qoymuş “Oracle” şirkətinin həmtəsisçisi və ən iri səhmdarı Larri Ellison qərarlaşıb. Onun sərvəti 383 milyard dollar dəyərində göstərilir. Bununla yanaşı, ilin əvvəlindən etibarən sərvətin artım dinamikası Maskın xeyrinə olmayıb. Belə ki, o, 48,2 milyard dollar itirib. Eyni dövrdə rəqibi Ellison isə 191 milyard dollar qazanıb. Üçüncü yerdə isə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq 264 milyard dollarlıq sərvəti ilə qərarlaşıb. Qeyd edək ki, bir müddət əvvəl Larri Ellison “Bloomberg” tarixində ən böyük sərvət artımına imza atmışdı. 81 yaşlı iş adamı cəmi bir gündə 101 milyard dollar gəlir əldə edib.ABŞ-lı məşhur sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı şəxsi titulunu geri alıb.
Şərhlər