14:20
08 01 2021

Dünyanın ən varlı adamı ilə tanış olun

Dünyanın ən varlı adamı ilə tanış olun - İlon Mask. Sərvəti təxminən Azərbaycanın illik büdcəsindən 8 dəfə çoxdur.

“SpaceX” və “Tesla” kimi şirkətlərin sahibi İlon Mask Amazon-un sahibi Ceff Bezosu keçərək dünyanın ən varlı adamı oldu.

"Tesla" şirkətinin hissələrinin 5%-lik artımı İlon Maskın sərvətini 9,3 milyard artıraraq 190 milyard dollar edib. Bu artım Maskı, uzun müddətdir dünyanın ən varlı adamı statusunu keçəlində saxlayan Ceff Bezosun 187 milyard dollarlıq sərvətini keçərək birinciliyə yüksəldib. Bu rəqabət tezliklə əksinə dəyişə də bilər.

(c) CNN, Bloomberg

NEWS FEED