"Neftçi" Azərbaycan çempionatında tarixi rekorda imza atıb
"Neftçi" Azərbaycan çempionatında yeni rekorda imza atıb. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, "Neftçi"nin Misli Premyer Liqasının X turunda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlməyi klub üçün əlamətdar olub. Bu, "Neftçi"nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür. Paytaxt klubu yalnız iki dəfə - 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.

Şərhlər