13:19
30 10 2025

"Arsenal" İngiltərə futbol tarixində rekorda imza atdı

"Arsenal" klubu İngiltərə Liqa Kubokunun 4-cü turunda öz meydanında "Brayton"u 2:0 hesabı ilə məğlub edərək, İngiltərə futbol tarixində rekorda imza atıb.

 London təmsilçisi İngiltərənin yüksək liqa klubları arasında bir ay ərzində qol buraxmadan ardıcıl 6 matçda qələbə qazanan ilk komanda olub.

Xatırladaq ki, "topçular" oktyabr ayında "Brayton"dan əvvəl Premyer Liqada "Kristal Pelas" (1:0), "Fulhem" (1:0), "Vest Hem" (2:0), UEFA Çempionlar Liqasında "Atletiko Madrid" (4:0) və "Olimpiakos"u (2:0) məğlub ediblər.


© "Opta Sport"

XƏBƏR LENTİ