238
11:15
26 01 2021
Erməni terroru nəticəsində Gəncədə dağılan evlərin bərpasına başlanıldı
44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan silahlı bölmələrinin Gəncədə mülki insanları hədəf alaraq etdiyi raket hücumu nəticəsində dağılmış evlərin bərpası işlərinə start verilib.
Yayin.Az-ın məlumatına görə, ilkin olaraq işlər şəhərin Samir Xasıyev küçəsində başlanılıb.
Bildirilib ki, hazırda ərazidə qazıntı-söküntü işləri aparılır.
İlkin olaraq 24 fərdi yaşayış evinin və bir neçə çoxmənzilli yaşayış binasının yenidən tikilməsi, 1598 təmir və bərpa kateqoriyasına aid olan evin təmiri nəzərdə tutulur.