



Emin Əmrullayev: “Məktəbli avtobusu” layihəsi daha da genişlənəcək
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 2025–2026-cı tədris ilindən “Məktəbli avtobusu” layihəsinin əhatə dairəsi və imkanları artırılacaq. Yayin.az xəbər verir ki, nazir bu fikirləri yeni tədris ilinə həsr olunmuş media brifinqində səsləndirib. Onun sözlərinə görə, layihə dövlət və özəl sektor arasında əməkdaşlığın nümunəsidir: “Bu ildən etibarən layihənin coğrafiyası və istiqamətləri daha da genişlənəcək. Ödəniş məsələsini isə nə dövlət, nə də nazirlik müəyyənləşdirir. Biz də istəyirik ki, qiymətlər daha münasib və əlçatan olsun”.
Şərhlər