23:26
27 01 2021

AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox Şuşa”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.
Bu barədə “Report”un Fransa bürosu xəbər verir.
K.Cəfərov bldirib: “Azərbaycan şəhərinin adı Şuşi yox Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır”.
Azərbaycanlı deputat erməni həmkarını müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:
“Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz”, - deputat bildirib.

NEWS FEED