



“Google Maps” Zəngəzur dəhlizini açdı
Google Maps-də Bakıdan Naxçıvana avtomobil yolu yenilənib – Mehridən keçən marşrut əlavə olunub. “Google Maps” tətbiqində Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobillə səyahət üçün nəqliyyat marşrutları yenilənib. Yenilənmiş xəritədə Zəngilan-Mehri-Ordubad istiqamətində yeni yol göstərilir. Xəritədə Mehridən keçən yeni yolun əlavə edilməsi bu ərazidə real keçidin mövcudluğunu göstərir. Bu marşrut, həmçinin Zəngəzur dəhlizinin planlaşdırılan istiqaməti ilə üst-üstə düşür. Qeyd edək ki, bu dəyişiklik avtomobil sürücüləri üçün alternativ və daha qısa yol təklif edə bilər.
Şərhlər