10:13
30 08 2023

Ermənilər humanitar yardımın aparıldığı Ağdam-Xankəndi yolunu minalayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım Ağdama çatıb.

Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xankəndi yolu istiqamətinə hərəkət edir.

"Qarabağda yaşayan ermənilər Agdam-Xankəndi yolunu minalayıb".

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayan erməni silahlıları sosial şəbəkədə Ağdam-Xankəndi yoluna blokların düzülməsi və həmin yolun minalanması ilə bağlı məlumatlar paylaşılıb.

Avtomobil yolu minalarkən bir nəqliyyat vasitəsinin hərəkət  edə biləcəyi qədər ərazini keçid üçün saxlayıblar, amma  keçidin ətrafı minlanıb. Keçidin sonunda isə yolun minalarla bağlanması nəzərdə tutulub. Sonuncu minanı qısa müddətdə əraziyə yerləşdirmək mümkündür”, - deyə hərbi ekspert Ə.Verdiyev bildirib.  


© Bakıvaxtı.az | Ramid İbrahimov

NEWS FEED