Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının tərkibi
Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Müşahidə Şurasının üzvləri Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.