Erməni deputat: “Rusiya delimitasiya üçün 1974-cü ilin xəritəsini təklif edib”
“Biz Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə istinad edirik”.
“Bunu Ermənistanda jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan deyib”.
O bildirib ki, təkcə Rusiya Federasiyasının Baş Qərargahında bir çox xəritə var:
“Rusiya onlarla birlikdə hərəkət etməyi təklif etdi. Hazırda vəziyyəti sabitləşdirmək üçün bizə Baş Qərargah tərəfindən təsdiq edilmiş 1974-cü il tarixli sonuncu xəritə təklif olunub. Bundan sonra təsdiq olunmayan dəyişikliklər oldu. Dəyişikliklər zamanla baş verdi, ancaq hər yerdə yox. Məsələn, Tovuzda dəyişikliklər olub, ancaq kolxozlar səviyyəsində”, - deyə Yeqoyan qeyd edib.
O, delimitasiya və demarkasiyanın bir çox şeyi dəyişə biləcəyinə əmin olduğunu bildirib.