“Türkiyə axını” nın davamı olan “Balkan Axını” qaz kəmərinin tikintisi başa çatdı
“Balkan Axını” qaz kəmərinin inşası tamamlanıb və istifadəyə hazırlanır.
“Trud” qəzeti bu barədə layihənin sifarişçisi olan “Bulgartransgaz” şirkətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, qaz kəməri dövlət komissiyası tərəfindən qəbul edildikdən sonra istismarına icazə veriləcək.
“Balkan Axını” Bolqarıstan ərazisindən keçən “Türkiyə Axını” qaz kəmərinin davamıdır.
Rəsmi sənədlər bunun “Bulgartransgaz” şirkətinin qaz nəqli infrastrukturunun Bolqarıstan-Serbiya sərhədinə qədər şimal magistral qaz kəməri ilə paralel olaraq genişləndirilməsinin obyekti olduğunu göstərir.
8 yanvar 2020-ci il tarixində Rusiya Dövlət Başçısı Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulun Haliç Mərkəzində rəsmi olaraq “Türkiyə axını” qaz kəmərinin açılışını ediblər.
Bu il 1 yanvar tarixindən etibarən Rusiya qazın “Türkiyə axını” vasitəsi ilə Bolqarıstana, 5 yanvar tarixindən etibarən Şimali Makedoniya Respublikası və Yunanıstana nəql olunmağa başlayıb.